Suriya Türkiyə ilə azad ticarət müqaviləsini qüvvədən saldı
02 Dekabr 2011 Cümə 01:13
Rəsmi Dəməşq Ankaraya qarşı başqa addımları da nəzərdən keçirir.
Suriya hökuməti Türkiyə ilə azad ticarətlə bağlı müqavilənin fəaliyyətini dondurub. Bu barədə məlumatı Suriya televiziyası yayıb. Məlumatda deyilir ki, bu barədə qərar bir gün əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlunun elan etdiyi addımlara cavabdır. Suriya hökuməti Türkiyəyə qarşı başqa addımları da nəzərdən keçirir.
Xatırladaq ki, noyabrın 30-da Türkiyə Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Bu, ilk növbədə Suriya ilə strateji əməkdaşlıq mexanizminin, iki ölkənin Mərkəzi Bankları səviyyəsində münasibətlərin, Bəşər Əsəd rejimi və Suriya hökumətinin bank hesablarının dondurulmasını nəzərdə tutur. Bundan başqa, Suriyanın cinayət törətmiş rəsmilərinin, üçüncü ölkələrdən Suriyaya silah və hərbi texniki daşıyan iş adamlarının Türkiyəyə girişinə qadağa qoyulub.
Ötən gün Suriya Avropa Birliyi tərəfindən qəbul edilmiş sanksiyalara cavab olaraq Aralıq dənizi İttifaqında üuzvlüyünü dayandırıb.
DOSTLARINLA PAYLAŞ: