Suriya Türk malını boykot edir
30 Sentyabr 2011 Cümə 13:09
Suriya Türk malını boykot edir. Bəşər Əsəd hökuməti qərar qəbul edib.
Suriya ilə Türkiyə arasında yaşanan siyasi gərginlik iqtisadiyyata da sıçrayıb. ANS PRESS-in Türkiyə mətbuaına istinadən verdiyi məlumata görə, Suriya tərəfi Türkiyədən ixrac etdiyi mallara boykot qoymağa qərara verib. Bununla da Türkiyədən Suriyaya ixrac olunan 1 milyard 152 milyon dollar ixracat rəqəminin üzərindən xətt çəkilmiş olacaq.
Xəbərə görə, sentyabrın 25-dən etibarən tətbiq edilməsi planlaşdıran qərar Türkiyədən Suriyaya düşınan mallar gömrükdə qalmasın deyə, daha bir həftə müddətə təxirə salınıb. Mütəxəssislərin hesablamalarına görə, Suriyanın belə qərar verməsi bu dövləti illik səkkiz milyard dollar qazancdan məhrum edəcək.
Xatırladaq ki, Suriyada kütləvi etiraz aksiyaları bu ilin mart ayından sart götürüb. Etiraz aksiyalarının iştirakçıları prezident Bəşər Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edirlər. Hakimiyyət isə icazəsiz etiraz aksiyalarının qarşısını ordu hissələrinin iştirakı ilə alır. BMT və Avropa Birliyi Suriya rəhbərliyinə qarşı bir sıra sanksiyalar tətbiq edib. BMT Təhlükəsizlik Şuras isə insan hüquqlarının açıq şəkildə pozulmasını və dinc insanlara qarşı silah tətbiqini pisləyib. Hazırda Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbulu ətrafında müzakirələr aparılır. Qətnamə Suriyaya qarşı neft və hərbi embarqonun tətbiqini nəzərdə tutur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: