Teyyare yaşayış menteqesine düşse de insan telefatı qeyde alınmayıb.
Azad Suriya Ordusu Suriyanın paytaxtı Dəməşqdə rejimə məxsusu döyüş təyyarəsini vurublar. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanaraq yerə düşən təyyarə yaşayış məntəqəsinə düşsə də insan tələfatı qeydə alınmayıb. Cünki həmin bölgədə yaşayan insanlar bir müddət əvvəl ərazini tərk ediblər.