Suriya qoşunları Sadad şəhərini geri qaytardı
29 Oktyabr 2013 Çərşənbə Axşamı 09:51
Üsyançılar böyük itki verməmək üçün şəhəri tərk ediblər.
Suriya qoşunları Dəməşqin cənubunda yerləşən xristian şəhəri Sadadı üsyançılardan azad ediblər.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hökümət qüvvələri Sadadı mühasirəyə alıb, üsyançılar böyük itki verməmək üçün şəhəri tərk etməli olublar.

Qeyd edək ki,Suriyada vətəndaş müharibəsinə qədər xristianlar ümumi əhalinin 10%-ni təşkil ediblər. 2011-ci ildən ölkədə mindən çox xristian öldürülüb, 40-dan çox kilsə dağıdılıb. 300 mindən çox xaçpərəst ölkədən qaçıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar