Suriya prezidentinin ailəsi ölkədən qaçmaq istəyib
30 Yanvar 2012 Bazar Ertəsi 15:15
Müxalifət qüvvələri Bəşər Əsədin yaxınlarının olduğu avtomobil karvanını geri qaytarıb.
Suriyada üsyançılar prezident Bəşər Əsədin ailəsinin qaçmasına mane olduqlarını iddia edirlər. Ərəb kütləvi-informasiya vasitələrinin məlumatına görə, Bəşər Əsədin yaxınları yanvarın 29-u axşam ölkədən çıxmaq istəyirmiş. Müxalifətin məlumatına görə, Suriyanın təhlükəsizlik xidməti prezidentin xanımı Əsma Əsədi, onların uşaqlarını, prezidentin anasını və bacısı oğlunu Dəməşqdən çıxarmağa çalışıb. Onların olduğu ehtimal edilən avtomobil karvanı hava limanına doğru hərəkət edirmiş, üsyançıların hücum etməsi ilə atışma başlayıb və avtomobil karvanı prezident iqamətgahına geri dönmək məcburiyyətində qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar