Suriya prezidenti xalqa müraciət etdi
20 İyun 2011 Bazar Ertəsi 15:14
Bu, Suriyada ixtişaşların baş qaldırmasından bəri Bəşər Əsədin 3-cü çıxışıdır.
Suriya prezidenti Bəşər Əsəd xalqa müraciətində ölkədəki qanlı ixtişaşları düşmənlər tərəfindən hazırlanmış «təxribat» adlandırıb. Bəşər Əsəd Suriya rəhbərliyi və ailəsi haqqında söylənən fikirlərin yanlış və mənfi niyyətli olduğunu bəyan edib. O, ixtişaşların qurbanı olmuş insanların ailələrinə başsağlığı verib və bütün şəhidlər üçün Allaha dua etdiyini deyib.
«Şaiyələr vacib deyil. Zaman əsasdır. Ölkəmiz dönüş nöqtəsinddir. Günahsız insanların qanları axıdılır. Ancaq mən hər şeyin düzələcəyinə ümid bəsləyirəm. İstiqlaliyyətimiz təhlükə altında qaldı, cinayətlər törədildi. Şəxsi mülkiyyətə ziyan vuruldu, təhlükəsizlik qüvvələri də itkilər verdi. Bu, hamımız, ölkəmiz üçün böyük bir itkidir. Amma bu itkilər bizi düşünməyə məcbur edir. Bunların müsbət tərəfləri də var. Bütün bunlar bizim ölkəmiz üçün mühüm bir sınaqdır. Zamanı geri çevirmək mümkün olmadığından sadəcə gələcəyə bazmaq lazımdır. Gələcəyimizi özümüz qura bilərik, bu hadisələri geridə qoyaraq irəli getməliyik. Bütün şəhidlərin düzgün bir məqsəd üçün canlarını qurban verdiyini düşünmək lazımdır.»-sitatın sonu.
Bəşər Əsəd mətbuatda və siyasət aləmində müşahidə edilən hər şeyi düzgün qiymətləndirməyə çağırıb. Ölkəsinin xaricdən təxribatla üz-üzə qaldığını vurğulayan Suriya prezidenti təxribatlardan qorunmaq üçün zəif cəhətlərlə mübarizə aparmağın vacibliyini qeyd edib. O, insanların əllərindəki telefonlardan da bu təxribatlara dəstək kimi istifadə olunduğunu deyib.
Bəşər Əsəd ədliyyə nazirliyinin amnistiya təklifini genişləndirməyin yollarını nəzərdən keçirdiyini də bildirib.
Qeyd edək ki, bu, Suriyada daha böyük azadlıq və demokratik islahatlar tələbi ilə martda etirazlrın baş qaldırmasından bəri Bəşər Əsədin üçüncü böyük çıxışıdır. Suriya prezidenti birinci dəfə anti-hökumət nümayişlərindən 2 həftə sonra, yəni martın 30-da parlamentə müraciət etmişdi. İkinci dəfə isə aprelin 16-da televiziya ilə müraciət etmişdi.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: