Suriya prezidenti Bəşər Əsədin ölüm xəbəri yayılıb
25 Mart 2013 Bazar Ertəsi 09:40
Bəşər Əsəd əslən iranlı Mehdi Yakubi adlı şəxs tərəfindən qətlə yetirildiyi iddia olunur.
Bu gün Suriya prezidenti Bəşər Əsədin ölüm xəbəri yayılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısının ölüm xəbəri “Twitter”də İsrail və Livan mənbələrinə istinadən yayılıb.

İddialara əsasən Bəşər Əsəd əslən iranlı Mehdi Yakubi adlı şəxs tərəfindən qətlə yetirilib. Hələlik Suriyanın rəsmi dövlət strukturları bu xəbəri nə təsdiq, nə də təkzib edir. Sosial şəbəkələrdə yayılan məlumatlara inansaq, Əsədi mühafizəçilərdən biri öldürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar