Suriya prezidenti Bəşər Əsəd bayram namazı qılarkən görüntülənib
19 Avqust 2012 Bazar 20:03
Suriya prezidenti Bəşər Əsəd iki aya yaxın müddətdən sonra paytaxt Şamda bayram namazı qılarkən, görüntülənib.
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Suriya Dövlət Televiziyası Əsadın bayram namazı qılarkən çəkilmiş görüntüsünü yayıb.
Onunla birlikdə ötən həftə Suriya baş naziri təyin edilmiş Vail Nadir Halki və xarici işlər naziri Velid Muallim də olub.

B. Əsad son olaraq 4 iyulda Suriya parlamentində çıxış edərkən görüntülənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar