Suriya polisi nümayişçilərə atəş açdı
10 Aprel 2011 Bazar 10:03
Gənclərdən ibarət kütlə şəhərin mərkəzində kütləvi iğtişaş törətməyə cəhd edib.
Suriya polisi ölkənin cənubundakı Deraa şəhərində nümayişçilərə atəş açıb. Məlumatı “Əl Cəzirə” telekanalı yayıb. Məlumata görə, gənclərdən ibarət kütlə şəhərin mərkəzində kütləvi iğtişaş törətməyə cəhd edib. Lakin təhlükəsizlik qüvvələri onların qarşısını alıb.
Ötən gün aprelin 7-də qətlə yetirilmiş aksiya iştirakçılarının dəfnində minlərlə adam iştirak edib. Xatırladaq ki, Deraa şəhərində cümə günü baş verən iğtişaşlar zamanı 12 polis əməkdaşı və təhlükəsizlik qüvvələrinin əməkdaşı silahlılar tərəfindən qətlə yetirilib, daha 75 polis işçisi isə xəsarət alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: