Suriya ordusu mühüm menteqeni ele keçirdi
20 May 2013 Bazar Ertəsi 11:06
El-Quseyr şeheri 1 ile yaxın idi üsyançıların elinde idi.
Suriyada hökumət qüvvələri əl-Quseyr şəhərinin mərkəzini üsyançıların əlindən ala bilib. Bu barədə Euronews ölkənin rəsmi kütləvi-informasiya vasitələrinə istinadən məlumat verir. Şəhərin şimal-qərbində üsyançılarla qızğın döyüşlər gedir. Suriya ordusuna Livanın "Hizbullah" hərəkatının silahlı qüvvələri dəstək göstərir.

25 minə yaxın adamın yaşadığı əl-Quseyr şəhəri təxminən 1 il silahlı müxalifətin əlində olub. O, Livanla sərhəddə yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Analitiklərin fikrincə, Suriya ordusu bu şəhəri ələ keçirməklə, bütün Homs əyalətinə nəzarəti yenidən ələ ala bilər.

Xatırladaq ki, bu yaxınlarda Suriya prezidenti Bəşər Əsəd "Euronews"a müsahibəsində hakimiyyətdən getmək niyyətində olmadığını bildirib və 2014-cü ildə prezident seçkilərində növbəti dəfə namizədliyini verəcəyini istisna etməyib. Əsəd həmçinin Rusiya və ABŞ-ın təklif etdiyi Suriya üzrə beynəlxalq konfransın perspektivlərinə də şübhəli yanaşıb və müxalifəti hansısa dialoqa girmək istəməməkdə ittiham edib.

Bu arada, BMT-nin Suriya üzrə əlaqələndiricisi Suriya hökumətini ABŞ-ın ayırdığı humanitar yardımın paylanması ilə məşğul olan işçilərin təhlükəsizliyini təmin etməyə çağırıb. "Üsyançıların nəzarəti altında olan rayonlara tibbi ləvazimatların daşınması məsələsi həll olunmamış qalır" - sitatın sonu.

Suriya hökumətinin nümayəndəsi isə bu çağırışa cavab olaraq, göndərilən humanitar yardımın əksər hallarda dinc sakinlərin deyil, üsyançıların əlinə keçməsindən dolayı narahatlığını ifadə edib.

Suriyadan qaçqın düşənlərin sayı da artmağa davam edir. BMT-nin hesablamalarına görə, hazırda 1 milyonu ötən suriyalı qaçqınların sayı ilin sonuna kimi 3 milyona çata bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar