Suriya müxalifəti Türkiyədə toplanacaq
26 May 2011 Cümə Axşamı 05:28
Əsəd rejiminin müxalifləri Suriyanın gələcəyini Antalya şəhərində müzakirə edəcək
Suriyada Bəşər Əsəd rejiminə qarşı başlayan üsyanın iştirakçıları təşkilatlanmaq üçün ilk addımı Türkiyədə atacaq. ANS PRESS “Milliyet” qəzetinə istinadən xəbər verir ki, dünyanın dörd bir tərəfindən Türkiyəyə gələn Əsəd rejiminin müxalifləri Suriyanın gələcəyini Antalya şəhərində müzakirə edəcək. Mayın 31-də başlayacaq və 3 gün davam edcək konfrans iştirakçıları üçün artıq 5 ulduzlu “Falez” otelində 275 nömrə sifariş edilib. Mərkəzi Misirdə olan “Suriya Milli İnsan Hüquqları Təşkilatı”nın sədri Əmmar Qurabi Fransanın “Assoşieyted Press” agentliyinə verdiyi müsahibədə xəbəri təsdiq edib.

Qeyd edək ki, otel rəhbərliyi otel nömrələrinin kim tərəfindən sifariş edildiyi barədə məlumat vermək istəməyib.

Xatırladaq ki, Əsəd rejiminə qarşı başlayan və təxminən 2 aydır davam edən xalq üsyanında artıq 1062 nəfər mülki əhali öldürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar