Suriya müxalifəti Türkiyə ilə sərhədi tutdu
20 İyul 2012 Cümə 01:00
Sərhəddə keçmiş Suriya lideri və Bəşər Əsədin atası Hafiz Əsədin portreti yandırılıb.
Suriya müxalifətinin silahlı dəstələri Türkiyə ilə sərhəddə yerləşən nəzarət-buraxılış məntəqəsini ələ keçiriliblər. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, Bab əl-Hava şəhəri yaxınlığındakı məntəqənin nəzarətə götürüldüyünü Londondakı “Suriya insan hüquqları üuzrə müşahidə mərkəzi” ictimai təşkilatı yayıb. Təşkilatın direktoru Rami Əbdülrəhmanın sözlərinə görə, hökumət qoşunları geri çəkilib və müxalifət nəzarət-buraxılış məntəqəsini tutub.
İnternetdə Dəməşq rejiminin silahlı əleyhdarlarının nəzarət-buraxılış məntqəsində Suriya prezidenti Bəşər Əsədin portretini qopardıqlarının əks olunduğu videoçarx yerləşdirilib. Bundan başqa, keçmiş Suriya lideri və Bəşər Əsədin atası Hafiz Əsədin də portreti yandırılıb.
DOSTLARINLA PAYLAŞ: