Suriya müxalifəti keçid hökuməti formalaşdırır
23 Fevral 2013 Şənbə 02:16
Martın 2-də baş nazir və hökumət üzvləri seçiləcək.
Suriya silahlıları Dəməşqdəki televiziya mərkəzini minaatanlardan atəşə tutublar. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, xəsarət və tələfatla bağlı xəbər yoxdur. Bu, Suriya paytaxtının bir sıra rayonlarında törədilən terror aktlarının və gülləbaranların davası hesab edilir. Suriyanın Xarici İşlər Nazirliyi 75 nəfərin ölümünə səbəb olan hadisələrə görə məsuliyyəti “Əl Qaidə” ilə bağlılığı olan qruplaşmaların məsuliyyət daşıdığını bəyan edib. BMT Təhlükəsizlik Şurasına ünvanlanan müraciətdə deyilir ki, uşaqları, məktəbliləri və qocaları acımadan öldürən silahlılar regionda, eləcə də, kənarda olan ölkələrdən siyasi və informasiya dəstəyi alırlar.

Suriya müxalifəti isə Qahirədə razılığa gəlib ki, keçid hökuməti formalaşdırılsın. Lakin onun tərkibi hələlik məlum deyil. Qahirə toplantısının iştirakçıları müvəqqəti kabinetin üzvlərini və baş naziri seçməlidirlər. Bununla bağlı səsvermənin martın 2-də İstanbulda keçiriləcəyi gözlənilir. Müvəqqəti hökumət Suriyadan kənarda yerləşəcək. “Əl Ərəbiyə” telekanalının məlumatına görə, hazırda Türkiyə və Misir arasında seçim edilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar