Suriya müxalifeti El-Qaideyə keçir
20 Sentyabr 2013 Cümə 23:04
Onların sırasında ölkənin tam hərbiləşmiş birləşmələr də var.
Suriyada Bəşar Əsədin hökumət qüvvələrinə qarşı vuruşan yüzlərlə döyüşçünün yer aldığı bir neçə qrup rəsmən “Əl-Qaidə”yə keçdiyini bəyan edib. ANS PRESS “Reuters”ə istinadən bildirir ki, bu barədə bü gün jurnalistlərə Suriya müxalifətinin təmsilçiləri bildiriblər.
“Əl-Qaidə”yə keçənlər arasında ayrı-ayrı üsyançı qruplar deyil, həm də ölkənin şərqində və şimalında yerləşən tam hərbiləşmiş birləşmələr də var. “Reuters”in müsahibinin dediyinə görə, bu, regionda onsuz da mürəkkəb olan durumu gərginləşdirir.
"Bu, radikal qrupların artan nüfuzundan xəbər verir. Nətijədə, bütün region jihad təmsilçilərinin əlinə keçə bilər",- deyə Rəqqa bölgəsindən olan fəal bildirib.
DOSTLARINLA PAYLAŞ: