Suriya meselesinde razılığa gele bilmediler
28 May 2013 Çərşənbə Axşamı 01:40
Parisdə Suriya münaqişəsinin həlli ilə bağlı ikinci beynəlxalq konfransa hazırlıqlar müzakirə edilib.
Avropa Birliyinin xarici işlər nazirləri Suriya müxalifətinə silah satışına embarqo qoymaqla bağlı ortaq məxrəcə gələ bilməyiblər. Bu barədə Fransanın xarici işlər naziri Loran Fabius Rusiya və ABŞ xarici siyasət dairələrinin başçılarının görüşündə iştirak etmək üçün Parisə gedərkən deyib.

Qeyd edək ki, AB-nin Suriya müxalifətinə silah satışı ilə bağlı tətbiq etdiyi sanksiyanın müddəti mayın 31-də bitir.
Xatırladaq ki, bazar ertəsi Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və FBŞ-ın Dövlət Con Kerry Suriya münaqişəsinin nizamlanması üçün ikinci beynəlxalq konfransa hazırlıq məslələrini müzakirə ediblər. Əvvəlcə ikitərəfli, qapalı şəraitdə keçən görüşə, sonradan Fransanın xarici işlər naziri də qoşulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar