Suriya lideri xalqın gözündə legitimliyini itirib
13 İyul 2011 Çərşənbə 10:55
Barak Obama CBS telekanalına müsahibəsində bu barədə danişib.
ABŞ prezidenti Barak Obama dövlət katibi Hillari Klintonun ötən gün səsləndirdiyi bəyənatını təkrarlayaraq Suriya liderinin öz legitimliyini itirdiyini bildirib. Barak Obama CBS telekanalına müsahibəsində bu barədə danışıb. O, Suriyanın paytaxtı Dəməşqdə ABŞ səfirliyinə və səfirin iqamətgahına hücumları da pisləyib.
«Biz mövqeyimizdə çox aydın olmuşuq. Suriya rejimində gördüklərimiz öz xalqına qarşı qəbulolunmaz dərəcədə zülmkarlıqdan ibarət olub. Biz aydın çatdırmışıq ki, heç kim bizim səfirliyə qarşı çirkin addımlar ata bilməz və biz səfirliyimizi mühafizə etmək üçün bütün mühüm tədbirləri görəcəyik. Düşünürəm ki, onlar bu xəbərdarlığı alıblar. Düşünürəm ki, prezident Bəşər Əsəd öz xalqının gözündə legitimliyini itirib. Ona görə də biz təzyiqlərin gücləndirilməsinə əmin etmək, Suriyada bəzi həqiqi dəyişikliklərə nail ola biləcəyimizi görmək üçün beynəlxalq səviyyədə çalışırıq.»-Barak Obama belə deyib.
Barak Obama müsahibəsində ABŞ-ın borc böhranını da şərh edib. O, bildirib ki, borc limitinin qaldırılmasına dair razılaşma olmadan yaşlı təqaüdçülər üçün nəzərdə tutulan Sosial Təhlükəsizlik çeklərinin avqustun 3-də çıxarılacağına zəmanət verə bilməz, çünki bunu etmək üçün dövlətin maliyyə ehtiyyatlarında sadəcə pul olmaya bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: