Suriya konfransına İran dəvət edilməlidir
05 Noyabr 2013 Çərşənbə Axşamı 15:33
Rusiya XİN Suriya müxalifət liderinin bəyanatını tənqid edib.
Suriyaya dair "Cenevrə-2" sülh konfransına İran da dəvət edilməlidir. Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bəyan edib. Lavrov Suriya müxalifətinin lideri Əhməd Cəbranın İranın konfransda iştirak edəcəyi təqdirdə, konfransa qatılmayacağını deməsinə cavab olaraq bu bəyanatı verib.

Rusiyanın xarici işlər naziri həmçinin Əhməd Cəbranın Suriya prezidenti Bəşər Əsədə hakimiyyətdən getmək üçün konkret zaman kəsiyi tələb etməsini də tənqid edib. ""Cenevrə-2" sülh danışıqları üçün heç bir ön şərt irəli sürülməməlidir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar