Suriya kimyəvi silahları ilə bağlı məlumat verdi
21 Sentyabr 2013 Şənbə 10:10
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı bu ölkə ilə bağlı sabaha planlaşdırılan toplantısını təxirə salıb.
Suriya kimyəvi silahları ilə bağlı məlumat verib. Bu barədə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı məlumat yayıb. Təşkilatdan verilən açıqlamaya görə, icra aparatı Suriyanın kimyəvi silahlarının zərərsizləşdirilməsi ilə bağlı sabaha planlaşdırlan toplantı təxirə salınıb.
Xatırladaq ki, toplantının bazar günü 41 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilməsi planlaşdırılırdı. İclasda Suriyadakı son vəziyyət və silahların məhvi müzakirə edilməli idi.
ABŞ və Rusiya arasında Cenevrədə keçirilən görüşdə Bəşər Əsəd rejiminin bir həftə içərisində kimyəvi silahlar barəsində məlumat verməsi haqqında qərar qəbul edilmişdi.
DOSTLARINLA PAYLAŞ: