Suriya İsrailə aviazərbələr endirə bilər
01 Fevral 2013 Cümə 07:27
BMT İsrailin Suriyaya aviazərbələr endirməsini pisləyib.
İsrailin Suriyanın hava sərhədlərini pozaraq paytaxt Dəməşqdə yerləşən hərbi araşdırma mərkəzinə aviazərbələr endirməsi regionda vəziyyəti daha da gərginləşdirib. Suriya hökuməti vəziyyətlə bağlı dərhal Birləşmiş Millətlər Təşkilatına şikayət edərək hava hücumlarına məruz qaldığını və sürpiz cavab zərbələri endirəcəyini bildirib.

Gözlənilmədən edilən hücumlarla bağlı çıxışında BMT-nin baş katibi Ban Ki Mun hücumlara görə dərin narahatlıq hissi keçirdiyini bildirib və vəziyyətin nəzarətdən çıxmaması üçün tərəfləri beynəlxalq qanunlara riayət etməyə və zorakılıqlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Naziriliyi İsrailin bu addmını aşkar təxribat adlandırıb.

İranın ali dini lideri Əli Xamenei də məsələyə münasibət bildirib. Xamaneinin sözlərinə görə, İran hökuməti Suriyaya edilən xarici müdaxilələrin İrana qarşı edilmiş kimi qəbul olunacağını qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar