Suriya İsrail serhedinde qiyamet qopdu
22 May 2013 Çərşənbə 05:44
Suriya ordusunun İsrailə məxsus hərbi avtomobili vurmasından sonra əks tərəfə raket zərbələri endirilib.
Suriya ilə İsrail arasında gərginlik pik həddə çatıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya tərəfi Colan təpələrində İsrail ordusuna məxsus hərbi avtomobili top atəşi ilə zərərsizləşdirdiyini bildirib. Məlumatda avtobomobilin Suriya ərazisinə keçdiyii bildirilir. İsrail tərəfi isə buna qarşılıq olaraq Suriya tərəfə iki raket zərbəsi endirdiyini və nəticədə bir hədəfin vurulduğunu açıqlayıb.
İsrail ordusunun sözçüsü Avişai Adraee isə avtomobilin zərərsizləşdirilmədiyini sadəcə bir qədər nasaz vəziyyətə düşdüyünü və içərisində olan əsgərlərin xəsarət almadıqlarını bildirib. İsrailin müafiə naziri Moşe Yaalon son insidentdən sonra Suriyanın daxili işinə qarışmayacaqlarını ancaq torpaqlarına atış açılmasına yol verməyəcəklərini bəyan edib.
Bu arada Suriyadan ən son məlumatları ABŞ-ın xəbər agentliyi olan Associated Press verib. Agentliyin fotomüxbirinin kamerasına paytaxt Dəməşqin Yabrut bölgəsində dəhşətli partlayışdan sonra toz qatının yayılması kadrları düşüb. Partlayışın Əsəd qüvvələrinə məxsus təyyarədən açılan atəş nəticəsində yarandığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: