Suriya iki gün içinde vurulacaq
31 Avqust 2013 Şənbə 16:27
Pentaqon herbi emeliyyatlar üçün Türkiye, Yunanıstan ve Cenubi Kiprdeki herbi bazalarından istifade edecek.
ABŞ-ın bu gün və ya sabaha Suriyaya hərbi müdaxilə edəcəyi bildirilir. ANS PRESS-in İsrail radiosuna istinadən verdiyi xəbərə görə, Küveytin "Əl-Kabas" qəzetinə açıqlama verən Ərəbistanın diplomatik mənbələri bildirirlər ki, Pentaqon hərbi əməliyyatlar üçün Türkiyə, Yunanıstan və Cənubi Kiprdəki hərbi bazalarından istifadə edəcək.

Qeyd olunur ki, ABŞ hərbi əməliyyata başlamaq üçün Suriyadakı BMT müfəttişlərinin ötən həftə həyata keçirilən kimyəvi hücumla əlaqədar araşdırmalarını tamamlamasını gözləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar