Suriya hakimiyyəti yeni amnistiya elan etdi
22 İyun 2011 Çərşənbə 01:11
Bəşər Əsəd bütün sahələrdə isdahatlara söz verib.
Suriya prezidenti Bəşər Əsəd bu il iyunun 20-nədək cinayət törətmiş şəxslərlə bağlı yeni amnistiya elan edib. Dövlət başçısı xalqa müraciət edib və bütün sahələrdə isdahatlar vəd edib. O, yaxın vaxtlarda hətta Konstitusiya dəyişikliklərinin ediləcəyinə də söz verib. Dövlət başçısının çıxışından sonra ölkənin iri şəhərlərində Suriya rejiminə dəstək aksiyaları keçirilib.
Bundan başqa, rəsmi Dəməşq Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına silahlı toqquşmalar nəticəsində dinc sakinlərin ziyan çəkdiyi rayonları ziyarət etmək icazəsi verib. Bu barədə razılıq BQXK-nin prezidenti Yakob Kellenberqin Suriya paytaxtına səfəri zamanı əldə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: