Suriya geri çəkilir?
06 Oktyabr 2012 Şənbə 18:07
Bəşər Əsəd helikopterlərinə Türkiyə sərhədinə yaxınlaşmamaq göstərişi verib.
Türkiyə-Suriya sərhəddində Hatayın Akçakale bölgəsində baş verən hadisələr Bəşər Əsəd hökumətini geri addım atmağa məcbur edib. Türkiyə mətbuatının məlumatına görə, rəsmi Dəməşq təyyarə və helikopterlərə sərhədə 10 kilometrdən çox yaxınlaşmamaq barədə göstəriş verib.

Hava qüvvələrindən əlavə artilleriyaya da sərhədə yaxın bölgələrə atəş açmamaq tapşırılıb. ABŞ-ın “Wall Street Journall” qəzetinin məlumatına görə isə Türkiyənin Suriyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 2-si zabit olmaqla, 14 suriya əsgəri öldürülüb, 25 nəfər isə yaralanıb.

Suriyanın bir sıra zirehli maşını və tankı məhv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar