Suriya döyüşçüleri sindromu Britaniyaya çatdı
26 Fevral 2014 Çərşənbə 01:35
İngiltere polisi terrora vasiteçilikde şübheli bilinen 4 nefer hebs edib.
Britaniyada hüquq mühafize orqanları Suriya müharibesi ile elaqeli silsile hebsler heyata keçirib.
Uest Midlends polis idaresinin verdiyi melumata esasen, meşhur hüquq müdafieçilerinden olan keçmiş Quantanamo mehbusu, Moazzam Beq terrorla elaqesi olan qanun pozuntularına göre hebs olunub. Terrorda şübheli bilinenlerin hüquqlarını müdafie eden 45 yaşlı Beq Suriyada terrorçu düşergesinde telim keçmekde ve ölke xaricinde terror fealiyyetine vasiteçilik etmekde şübheli bilinir. Bundan başqa eyni ittiham üzre adları istintaq sirri olaraq gizli saxlanılan 44 yaşlı qadın, onun 20 yaşlı oğlu ve 36 yaşlı qadının hebs olunduğu xeber verilir. Qeyd olunan şübheli şexsler Birmingem polis menteqesinde dindirilib, onların evlerinde axtarışlar aparılıb. Hebs olunan hüquqmüdafieçisi Moazzam Beq 2002-ci ilde Pakistanda hebs olunub ve sonradan ABŞ-ın Kubadakı Quantanamo mehbus düşergesine gönderilib.
2005-ci ilde azadlığa çıxdıqdan sonra Beq terrorla mübarize adı altında töredilen işgencelere qarşı kampaniya aparan “Keyc” müdafie qrupunu yaradıb ve yerli kütlevi informasiya vasitelerinde müntezem olaraq yayımlanıb.
Qeyd edek ki, Britaniyanın keşfiyyat menbeleri, Beşer esede qarşı savaşmaq adı altında yüzlerle Britaniya vetendaşının Suriyaya yollandığını iddia edir. Britaniya ve Avropa hökümetleri Suriya müharibesinden sonra ölkeye qayıdacaq döyüşçülerin ölke üçün potensial tehlüke yaradacağı ile bağlı artıq bir neçe defe narahatlıq ifade edib.
DOSTLARINLA PAYLAŞ: