Mövcud rejimin dağıdıcı siyasətinə üsyan edən suriyalılar çıxış yolunu Suriyanı tərk etməkdə görürlər.
Hər keçən gün ağırlaşan vəziyyət ölkədə insanların sayını durmadan azaldır. Türkiyənin “Xəbər Türk” televiziyasının məlumatında qeyd olunur ki, 6-sı hərbiçi olmaq üzərə 359 nəfər Suriya vətəndaşı Türkiyəyə üz tutub. Qaçqınlar Hatay şəhərinin kənarında çadır şəhərciyində yerləşdirilib. Suriyalılardan 5-nin yaralı olduğu bildirilir. “OLAYLAR” İA