Sürixdə nə baş verib?
10 Oktyabr 2009 Şənbə 22:50
Türkiyə və Ermənistan tərəfləri nazirlərin imzalama mərasimindən sonrakı çıxış mətnlərinə etiraz ediblər
Türkiyə ilə Ermənistan arasında protokolların üç saata yaxındır baş tutmamasının səbəbi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın imzalama mərasimindən sonrakı çıxışının mətni ətrafında yaranmış narazılıqlardır. Türkiyənin NTV telekanalının məlumatına görə, Edvard Nalbandyanın çıxışının mətnində Türkiyəni narahat edən bəzi ifadələr yer alıb. Söhbət ilk növbədə qondarma erməni soyqırımı iddialarından gedir.
Bundan başqa, Ermənistan tərəfinin də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun çıxışının mətnindəki bəzi ifadələrə etiraz etdiyi bildirilir. Rəsmi İrəvan bildirib ki, həmin ifadələr erməni diasporunda narahatlıq yarada bilər.
Rəsmi Ankara isə bir qədər əvvəl bəyan edib ki, tərəflər protokolları imzalmağa çox yaxındır və mərasim bu gün mütləq baş tutacaq. ABŞ-ın dövlət katibi Hillari Klintonun böhranın aradan qaldırılması üçün tərəflərlə uzun danışıqlar apardığı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar