Supermarket uçdu, 50 adam dağıntılar altında qaldı
21 Noyabr 2013 Cümə Axşamı 23:45
Riqada "Maksima" supermarketininn 500 kvadrat metrlik damı darmadağın oldu.
Bu gür Riqada supermarket uçub. 50-yə yaxın adamın dağıntılar altında qaldığı güman edilir. ANS PRESS-in latış mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Latviya dövlət yanğın-xilasetmə xidmətindən bildiriblər.

Hadisə "Maksima" supermarketində baş verib. Obyektin 500 kvadrat metrlik damı uçub. İlkin məlumata görə, iki nəfər həlak olub, 15 nəfər yaralanıb. Əraziyə xilasedicilər cəlb edilib və rayon mühasirəyə alınıb. Şahidlər binanın darmadağın olmasını bildirirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar