Super dünya tapıldı
22 Fevral 2012 Çərşənbə 12:37
GJ 1214b-də dünyadan daha çox su olduğu ehtimal edilir.
Astroloqlar atmosferində buxar qatı olan yeni planetin olduğunu isbat ediblər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Günəş sistemindən kənarda olan "GJ 1214b" adlı planet dünyadan böyük, Yupiterdən isə daha kiçikdir. "Hubble" teleskopu ilə aparılan müşahidələrdə "süper dünya" adlandırılan planetin kütləsinin böyük bir qisminin sudan ibarət olduğu bəlli olub.
Harvard Universitetinin Astrofizika şöbəsinin əməkdaşı Zacori Bertanın sözlərinə görə, ilk dəfə 2009-cu ildə kəşf edilən "GJ 1214b" bəlli olan heç bir planetə oxşamır. Ölçüsü dünyadan 2,7 dəfə böyük olan planet 2 milyon km aralıda olan qırmızı balaca ulduzun ətrafındadır. Burada hərarətin 200 dərəcədən çox olduğu ehtimal edilir.
Aparılan ölçmə işləri "GJ 1214b"nin dünyadan daha çox suya sahib olduğunu göstərir.
DOSTLARINLA PAYLAŞ: