Sunami Çiliyə çatdı
27 Fevral 2010 Şənbə 20:55
Sunami Çiliyə çatdı. Sahilboyu 11 şəhər təbii fəlakətin cəngindədir.
Cənubi Amerikada yerləşən Çilidə baş vermiş 8,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 122 nəfərə çatıb.

Baş vermiş bu təbii fəlakətdən sonra isə insanlar daha bir təhlükə ilə üz-üzə qalıb. Hazırda Sakit okeanın Çilidən Peruya qədər olan sahillərində gözlənilən sunami 11 sahil şəhərinə zərbə endirib.

Yerli hakimiyyət nümayəndələrinin verdiyi məlumata görə, sunami Xuan-Fernandes adasında ciddi fəsadlar törədib. Pasxi adasında isə insanların bir hissəsinin evakuasiyasına başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar