Sultan Əhməd məscidinin minarəsi uçurulacaq
22 Dekabr 2012 Şənbə 02:38
“Mərmərə” zəlzələsində ziyan görən 6 minarəli tarixi əsərin bərpa ediləcəyi bildirilir.
Türkiyənin dünyada “Blue Mosque” kimi məşhur olan tarixi “Sultan Əhməd” camesinin minarələrindən biri söküləcək. Buna səbəb “Böyük Mərmərə” zəlzələsində (17 avqust 1999) minarənin ziyan görməsidir.

Qeyd edək ki, artıq bir müddətdir minarə üzərində aparılan təhlil və araşdırma işləri başa çatıb və minarənin sökülərək yenidən tikilməsinə qərar verilib. Məlumata görə, üstündə yarıq və çatlaqlar meydana gələn sağ arxa minarə eyvana qədər söküləcək və “Küfeki” adlandırılan möhkəm daşlarla yenidən tikiləcək.

Xatırladaq ki, “Sultan Əhməd” camesi 1609 – 1616-cı illər arasında Osmanlı padşahı I Əhməd tərəfindən tikdirilib. Mavi, yaşıl və ağ rəngli keramika lövhələrlə bəzədilmiş tarixi binaya avropalılar “Blue Mosque” (Mavi Məscid) deyir. 6 minarəsi olan məbədin memarı Sədəfkar Mehmet ağadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar