Sülh ördeyi partlayıb
03 Yanvar 2014 Cümə 12:44
Neheng rezin Sülh ördeyi Tayvanda nümayiş etdirilerken partlayıb.
Holland dizayner Florentin Hoffman terefinden hazırlanan neheng sülh ördeyi nümayiş üçün getirildiyi Tayvanda partlayıb.
ANS PRESS-in Türkiye metbuatına istinaden verdiyi melumata göre, sarı rezinden hazırlanmış 18 metr hündürlüyünde olan sülh ördeyi Yeni il gecesi nümayiş etdirilmek üçün buksirler vasitesile ölkenin şimalındakı Keelunq limanına getirilmişdi. Sülh ördeyi ele nümayiş zamanı yüzlerle insanın gözü qarşısında partlayıb. Anbaan kameralara hekk olunan partlayışın sebebi ise helelik melum deyil.
Teşkilatçılar indiyedek bir neçe Avropa ölkesi, Avstraliya, Yaponiya, Honq Konq ve Braziliya daxil olmaqla, 9 ölkede nümayiş etdirilen sülh ördeyinin qartalların dimdikleri ile zerbe vurması neticesinde partladığının ehtimal edildiyini bildirib ve tayvanlılardan üzr isteyibler.
DOSTLARINLA PAYLAŞ: