Süleyman Dəmirəl ölüb?
30 Yanvar 2013 Çərşənbə 07:32
Süleyman Dəmirəl ölüb? Sabiq prezidentin şəxsi həkimi bu iddiaları təkzib edib
Ötən gün sosial şəbəkə saytı “Twitter”də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin ölməsi barədə iddialar yayılıb. Bu iddialar Dəmirəlin şəxsi həkimi tərəfindən təkzib olunub. Həkim Aylin Cəsur “Anadolu” agentliyinə (AA) verdiyi məlumatda sabiq prezidentin vəğziyyətinin yaxşı olduğunu deyib. “Sosial paylaşım saytı “Twitter”də cənab Dəmirəlin ölməsi barədə xəbərlər yayılıb. Bu iddialar həqiqətə uyğun deyildir. Cənab (sabiq) prezidentimizin səhhəti yerindədir və normal həyatını yaşamaqdadır”.
DOSTLARINLA PAYLAŞ: