Süleyman Dəmirel 58 il evvel övlad acısı yaşayıb
28 May 2013 Çərşənbə Axşamı 12:49
Sabiq prezidentin qızı 2 yaşında ölübmüş.
Ötən gün həyat yoldaşını itirən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin 58 il əvvəl də övlad acısı yaşadığı məlum olub. Türkiyədə nəşr olunan “Zaman” qəzetinin xəbərinə görə, Dəmirəl ailəsinin övladı olub və Rengül adlı bu qız 2 yaşında vəfat edib.
Məlumata görə, 1948-ci ildə orta məktəbi bitirən kimi ailə həyatı quran Süleyman Dəmirəl ali məktəb illərində bunu hər kəsdən gizlədib. Ailənin 1953-cü ildə qız övladı dünyaya gəlib. 1952-ci ildə isə bu qız övlad naməlum səbəblə vəfat edib.
Qeyd edək ki, cütlüyün daha sonra övladı olmayıb və siyasi ləqəbi “Baba” olan Süleyman Dəmirəl bu istiqamətdə verilən suallara cavab verməməyə üstünlük verib.
DOSTLARINLA PAYLAŞ: