Sudanda üsyançılar Rusiya helikopterini ələ keçiriblər
27 İyul 2010 Çərşənbə Axşamı 19:50
Helikopterdə 9 nəfərin olduğu bildirilir.
Ötən gün Sudanın Darfur əyalətində üsyançılar Rusiyanın “YuTair” şirkətinin helikopterini ələ keçiriblər. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, üsyançıların ələ keçirdiyi helikopterdə Rusiya vətəndaşlarından ibarət 4 nəfər heyət üzvü, və 5 nəfər sərnişin (Sudan vətəndaşları) olub.

“YuTair” aviaşirkəti Sudanda BMT ilə imzalanmış müqavilə əsasında işləyir. Ələ keçirilmiş helikopter isə Darfurda BMT və Afrika İttifaqının birgə sülhməramlı xidmətləri üzrə daşımaları həyata keçirirmiş. Verilən məlumatlara görə, hadisə nəticəsində xəsarət alan omayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar