Sudan prezidentinə qarşı soyqrım ittihamı irəli sürülə bilər
03 Fevral 2010 Çərşənbə 19:20
Sudan prezidenti Ömər əl-Bəşir problemlə üzləşib
Haaqa məhkəməsinin çıxardığı qərara görə, Sudan prezidenti Ömər əl-Bəşirə qarşı Darfurda soyqrım törətmək ittihamı irəli sürülə bilər. Məhkəmə bu ittiham üçün kifayət qədər sübutların olduğunu güman edən bu iş üzrə baş prokurorun xahişini təsdiq edib.

Göstərilən ittihamın irəli sürülməsinə dair qərar bir neçə həftə ərzində qəbul olunmalıdır.

Xatırladaq ki, Bəşirə qarşı hərbi cinayət və insaniyyətə qarşı cinayətlər üzrə ittihamlar irəli sürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar