Sudan prezidenti İsraili ölkəsinin əsas düşməni adlandırdı
09 Noyabr 2012 Cümə 03:29
Ömər əl Bəşir İsraili bombalamaqla hədələyib.
Suriya prezidenti Ömər əl Bəşir İsraili “bir nömrəli düşmən” adlandırıb və Xartum yaxınlığındakı “Yarmuk” silah zavodunun bombalanmasına simmetrik cavab veriləcəyini bəyan edib. “İsrail düşmənimizdir, bizim bir nömrəli düşmənimizdir”, - ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, prezident Sudanın dövlət televiziyasına müsahibəsidə deyib. O, müsahibəni əməliyyat olunduğu Səudiyyə Ərəbistanından verib.
Ömər əl Bəşirin sözlərinə görə, zavodun bombardman edilməsindən sonrakı vəziyyətdən çıxış üçün iki variant var - İsraillə münasibətləri normallaşdırmaq və ya cavab zərbəsi endirmək. O deyib ki, münasibətlərin normallaşması mümkün deyil, İsrailə zərbə endirmək üçün isə buna imkan verəcək texnologiya alınmalıdır: “Deyə bilmərəm ki, bu, mümkün deyil. Biz həmin texnologiyanı əldə etməyə çalışırıq”.
Rəsmi Xartum bəyan edib ki, İsrail oktyabrın 23-də “Yarmuk” zavodunun bombalanması üçün dörd gözəgörünməz radar yollayıb. İsrail tərəfi isə bu itihamları nə təsdiq, nə də təkzib edib. Əvəzində İsrail Sudanı HƏMAS və “Hizbullah”a silah çatdırılmasına vasitəçilik etməkdə günahlandırıb.
DOSTLARINLA PAYLAŞ: