Sudan hakimiyyəti Cənubi Sudanın müstəqilliyini tanıyıb
08 İyul 2011 Cümə 20:50
Sudan hökuməti Cənubi Sudan ərazisində iyulun 9-da elan olunacaq Cənubi Sudan Respublikasını rəsmi tanıdığını bildirib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sudanın prezident aparatı üzrə nazir Bakri Həsən Saleh dövlət televiziyası ilə bəyanatında deyib ki, Sudan respublikası Cənubi Sudanı müstəqil dövlət kimi 1956 ilin yanvarın 1-də müəyyən olunmuş sərhədlərində tanıyır.
Cənubi Sudanın müstəqilliyi rəsmi olaraq iyulun 9-da elan olunacaq.
Qeyd olunan gün Cənubi Sudanın ayrılması üzrə referendumdan sonra müəyyən olunmuş altıaylıq keçid dövrü bitəcək.
Xatırladaq ki, referendumda neftlə zəngin olan Cənubi Sudanın əhalisinin tam əksəriyyəti müstəqilliyin lehinə səs verib.
Lakin “şimalın” və “cənubun” hökumətləri sərhədlərin delimitasiyasına dair bir necə məsələlərdə razılığa gələ bilməyiblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar