Suyun üzərində gəzmək mümkün oldu. Bunu Portuqaliyada 3 gənc edib. Ulf Qartner, Miquel Delfortrie və Sebastiyan Vanderverf adlı gənclər çoxsaylı cəhdlərdən sonra su üzərində gəzintini lentə ala biliblər.
"YouTube" video portalında yerləşdirilən videoya milyonlarla insan tamaşa edib.
Gənclərin sözlərinə görə, su üzərinə gəzmək üçün ilk növbədə onlara su keçirməyən, keyfiyyətli ayaqqabı lazım olub. Maye üzərində bir neçə addım ata bilmək üçün onlar dəfələrlə məşq ediblər.