Stross Kann qadın qulluqçudan imtina edib
01 İyun 2011 Çərşənbə 15:25
BVF-nun keçmiş prezidentinin evini kişilər təmizləyir
Cinsi zorakılıqda ittiham edilən və ev həbsində olan Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş prezidenti Dominik Stross Kann qadın qulluqçuların xidmətindən imtina edib. Onun evlərini indi kişi xidmətçilər təmizləyir. Bu barədə məlumatı "The New York Post" yazıb.

Manhettenin Traybek rayonunda Kann ailəsinin evlərində paparatsilər pəncərələri yuyan, zibil atan və ev təmizləyən kişiləri müşahidə ediblər.

Qeyd edək ki, BVF keçmiş prezidenti məhkəməsinə kimi 4 mərtəbəli villaya köçüb. Villada kinoteatr, sauna, fitnes zal, damda açıq teras və sairə var. Evin aylıq kirayəsi 50 min dollardır. Stross Kanna xüsusi mühafizəsi olan evdən ancaq dua etmək və müayinə olunmaq üçün ayrılmağa icazə verilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar