Türkiyədə 13 yaşlı qız stolüstü tennis müəllimi tərəfindən təcavüzə məruz qalıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 59 yaşlı Mehmet adlı məşqçi 13 yaşlı tələbəsinə təcavüz edib. Məşqçi qızı arxadan qucaqlayıb və ona təcavüz edib. Bu səhnəni kənardan qızın rəfiqəsi çəkib. Daha sonra bu barədə qızın valideynlərinə xəbər verilib.
13 yaşlı qızın valideynləri də polisə şikayət edib. Şikayət əsasında polis məşqçini tutaraq məhkəməyə verib. Məhkəmənin hökmü ilə təcavüzkar məşqçiyə 7,5 il həbs cəzası verilib.