Stokholmda 1,6 min nəfərlik gəmi yanır
18 Avqust 2009 Çərşənbə Axşamı 20:00
Artıq iki nəfərin tüstüdən zəhərləndiyi bildirilir

Litvanın Klayped şəhərindən Stokholmun Frihamnen limanına gələn və Malta bayrağı altında üzən “Zenith” turist gəmisinin göyərtəsində güclü yanğın baş verib. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, gəminin göyərtəsində 1600 nəfər turist var.

Məlumata görə, artıq gəmi heyətinin iki üzvü tüstüdən zəhərlənib. Hazırda sərnişinlər limandan evokuasiya edilir. Hadisə yerinə polis maşınları, yanğınsöndürənlər və “təcili yardım” vertalyotları gəlib.

Şahidlərin sözlərinə görə, tüstünün mənbəyi üçüncü göyərtədədir.

Xatırladaq ki, gəmi 1992-ci ildə Almaniyada inşa olunub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar