Stalinin nəvəsi məhkəmə yollarında qalıb
19 Dekabr 2009 Şənbə 18:15
Bu dəfə Stalinin nəvəsi "Exo Moskvı" radiosuna qarşı iddia qaldırıb.
İosif Stalinin nəfəsi Yevgeni Cuqaşvili “Exo Moskvı” radiostansiyasını məhkəməyə verib. Bu barədə radionun rəsmi saytında bildirilir.

Cuqaşvili hesab edir ki, oktyabr ayında səsləndirilən “Perexvat” proqramında onun babasının xatirəsi təhqir olunub. İddianın qaldırılmasına səbəb isə verliş aparıcısı Matvey Qanapolskinin “Staliniad” kitabından bir parçanı sitat gətirdikdən sonra səsləndirdiyi fraza olub: “Stalin 12 yaşdan yuxarı uşaqların güllələnməsinin mümkünlüyü barədə fərman imzalamışdı. Hansı alçaq onu müdafiə etmək üçün bir söz belə deməyə cürət edə bilər?”

Bu sözləri təhqir kimi dəyərləndirən Yevgeni Cuqaşvili ona dəyən mənəvi ziyanı 10 milyon rubl dəyərində qiymətləndirir.

Xatırladaq ki, Stalinin nəvəsi bundan öncə “Novaya qazeta”ya qarşı analoji iddia qaldırmışdı. Lakin onun bu iddiası qəbul olunmamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar