171 milyon funt-sterlinqə inşa edilən stadion turnir başa çatdıqdan sonra həbsxana və ya məhkəmə olaraq istifadə olunacaq.
DÇ-2014-cü il üçün Braziliyada tikilmiş stadionlardan birinin iş profili dəyişdiriləcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Manaus şəhərində yeni tikilən stadion turnir başa çatdıqdan sonra ya məhkəmə, ya həbsxana kimi istifadə ediləcək.
Buna səbəb isə həmin həmin şəhərin nə birinci, nə də ikinci liqada çıxış edən komandasının olmamasıdır. “Arena Amazoniya” adındakı bu stadionda isə DÇ-nin 4 qarşılaşması keçiriləcək.