Ssenarini oxuyaraq dəhşətə gələn aktyor serialdan ayrılır
03 Dekabr 2010 Cümə 06:25
Filmdə körpəni öldürəcəyini oxuyan Fikrət Kuşkan uşaq qatili ola bilməyəcəyini deyib
Türkiyənin telekanallarından birində yayımlanan və Azərbaycanda da tamaşaçısı olan “Hanımın Çiftliği” serialına yeni mövsümdə daxil olmuş aktyor Fikrət Kuşkan (avukat Orxan bəy) filmdən ayrılmaq istədiyini bildirib. Buna səbəb, yazıçı Orhan Kamalın eyni adlı romanının motivləri əsasında çəkilmiş filmin davam edən seriyalarında Orxan bəyin edəcəyi mənfi hərəkətlərdir.

Qeyd edək ki, Orxan bəy serialda Özgü Namalın canlandırdığı Güllü xanımın var-dövlətini ələ keçirmək üçün onun körpəsini qaçırır və planını həyata keçirmək üçün bəzi cinayətlər işləyir. Sonrakı seriyaların ssenarisində körpəni öldürəcəyini oxuyan F. Kuşkan “uşaq qatili ola bilmərəm!” – deyərək filmdən ayrılmaq istədiyini deyib. Aktyor belə rolların onun imicinə mənfi təsir göstərəcəyini hesab edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar