“Spokoynoy noçi, malışi!”nin əfsanəvi aparıcısı öldü
13 Aprel 2012 Cümə 01:09
Vladimir Uxin 30 ildən artıq azyaşlıların “Volodya dayı”sı olub.
Rusiyanın əməkdar artisti, məşhur teleaparıcı Vladimir Uxin 82 yaşında dünyasını dəyişib. Onu televiziya tamaşaçılarının bir neçə nəsli tanıyır və sevirdi. Vladimir Uxin azyaşlıların “Volodya dayı”sı idi - əməkdar artist 30 ildən artıq müddətdə (1995-ci ilədək) “Spokoynoy noçi, malışi” verilişinin aparıdısı olub.

Vladimir Uxini SSRİ-nin “baş tərbiyəçi”si adlandırırdılar. O, təkcə əyləndirmir, həm də uşaqlara nəzakətli olmağı, zəifləri incitməməyi, öz hərəkətlərinə görə cavabdehlik daşımağı öyrədirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar