Soyqırımına qarşı paparassi
30 Dekabr 2010 Cümə Axşamı 07:05
Dünyada törədilən zorakılıq hadisələri “Peyk Müşahidə” layihəsi ilə müəyyənləşəcək
Amerikalı aktyor və BMT-nin xoşməramlı səfiri Corc Kluni dünyada baş verən insan hüquqları pozuntularını peykdən təqib edəcək layihədə rol alacaq. BMT, “Harvard” universiteti və “Google”nin əməkdaşlığı ilə həyata keçirilən layihə ilikin olaraq yanvarın 9-da Sudanda keçiriləcək referendumda tətbiq olunacaq. “Time” jurnalının verdiyi məlumata görə, “Peyk Müşahidə” layihəsi sayəsində yandırılan kəndləri, kütləvi qaçışları və zorakılıq hallarını görmək mümkün olacaq.
Məlumatların BMT ilə “Harvard” universiteti tərəfindən toplanacağını və analiz olunacağını deyən Kluni “Google” ilə digər internet saytı olan “Trello”nun bu məlumatları ictimaiyyətə çatdırmaq üçün sayt yaradacağını bildirib.
Layihəni “soyqırımına qarşı paparassi” adlandıran Kluni məqsədlərinin cinayətkarlara üşahidə altında olduqlarını hiss etdirmək olduğunu deyib. “Məqsədimiz soyqırımı və müharibə cinayətkarlarına mütəmadi olaraq bütün dünyanın müşahidəsi altında olduqlarını hiss etdirməkdir”.
Qeyd edək ki, Sudanın cənubunda yanvarın 9-da referendum keçiriləcək və bu səbəblə ölkədə zorakılıq hallarının çoxalması gözlənilir.
DOSTLARINLA PAYLAŞ: