Soyqırımın son şahidi 110 yaşında öldü
25 Fevral 2014 Çərşənbə Axşamı 05:37
Nasistlər tərəfindən ailəsi qətlə yetirilən Alisa yəhudi soyqırımının son şahidi olaraq tanınır.
Yəhudi soyqırımının ən yaşlı şahidi olduğu deyilən Alisa Herz-Zommer 110 yaşında Londonda ölüb.

ANS PRESS-in xəbərinə görə, nasistlər tərəfindən ailəsi qətlə yetirilən Alisa yəhudi soyqırımının son şahidi olaraq tanınır.

Herz-Zommerin həyatından bəhs edən sənədli film gələn həftə keçiriləcək "Oscar" mərasimində namizəd filmlərdən biridir.

Alisa Hers-Zommer məşhur yazıçı Frans Kafkanın, Freydin, Rilkenin həftə sonları qonaq olduğu bir evdə böyüyüb. O, 39 yaşında tanınmış bir pianino ifaçısı idi. 1943-cü ildə nasistlər ana və atasını öldürdü. Uşaq ikən Nasist düşərgəsində çoxlu edamlara şahid olub. Dondurucu soyuqda, çox vaxt yeməkləri olmayıb.

Almaniyadan heç bir zaman nifrət etməyib.

"Hər kəs, hər şey bəzən yaxşı, bəzən pis olar, amma mən yaxşı olana baxdım." -deyirdi.

Uşağı ilə birlikdə düşərgədə sağ olaraq xilas olan Alisanın həyatını Melissa Muller 2007-ci ildə kitab halına gətirib. Onun həyatından bəhs edən bu kitab hələ 108 yaşında ikən "A Garden of Eden in Hell: The Life of Alice Herz-Sommer" (Cəhənnəmdəki cənnət baxçası - Alisa Hers-Zommerin həyatı) adıyla yayımlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar