South Stream"a Xorvatiya prezidenti rəhbərlik edə bilər
10 Yanvar 2010 Bazar 18:25
South Stream"a Xorvatiya prezidenti rəhbərlik edə bilər. Stepan Mesiç Rusiyadan təklif alıb
Xorvatiya prezidenti Stepan Mesiç “South Steram” qaz kəməri layihəsinə rəhbərlik edə bilər. Zaqrebin bu layihəyə qoşulacağı təqdirdə, bu il vəzifəsini tərk edən ölkə başçısı "South Stream" qaz kəmərinin Xorvatiyaya aid hissəsinin tikinti işlərini aparacaq şirkətə rəhbərlik etmək şansı əldə edəcək. Bu barədə məlumatı Xorvatiyanın "Yutarni list” qəzeti yayıb.

Nəşrin məlumatında bildirilir ki, Mesiç bu təklifi ötən ilin dekabr ayında Moskavaya səfəri zamanı alıb. “Rusiya "South Stream" və "North Steram" layihələrinin rəhbərliyində kəmərlərin keçəcəyi ölkələrin keçmiş yüksək çinli məmurlarını görmək istəyir”,- deyə məqalədə qeyd olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar