Şotlandiyada müstəqillik referendumunun vaxtı açıqlandı
11 Yanvar 2012 Çərşənbə 01:25
Səsvermənin şotlandiyalılar üçün şərəfli döyüşün ildönümündə keçirilməsi planlaşdırılır.
Şotlandiya hökuməti müstəqilliklə bağlı referendumu 2014-cü ilin payızında keçirməyi planlaşdırır. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bəyanatı Şotlandiya hökumətinin birinci naziri, Şotlandiya Milli Partiyasının (ŞMP) lideri Ales Selmond verib. O, bununla mətbuatın referendumun Bennokbern yaxınlığındakı döyüşün 700-cü ildönümündə keçiriləcəyi barədə ehtimallarını təsdiqləmiş olub. Həmin döyüşdə şotlandiyalılar İngiltərə taxt-tacına ağır zərbə vurmuş və müsğəqilliklərini bərpa etmişdilər. İngiltərə və Şotlandiya arasında yeni ittifaq 1707-ci ildə yaradıldı və yeni dövlət - Böyük Britaniya yarandı.

Politoloqların fikrincə, bu tarix ətrafındakı vətənpərvərlik əhval-ruhiyyəsi mərkəzdənqaçma ideyalarının uğur qazanmaq şanslarını artırır. ŞMP bu meylləri nə seçicilərdən, nə də London hakimiyyətindən gizlətməyib.

Böyük Britaniyanın Şotlandiya məsələləri üzrə naziri Maykl Mur İcmalar Palatasındakı çıxışında bəyan edib ki, müstəqilliklə bağlı referendum qanuni aksiya olsa da, səsvermə rəsmi Londonun razılığı olmadan keçirilə bilməz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar