Şotlandiyada güclü qasırğa başlayıb
29 Dekabr 2011 Cümə Axşamı 02:02
Güclü külək ölkədə infrastruktura ciddi ziyan vurub.
Şotlandiya ərazisində güclü qasırğa başlayıb. Məlumatı BBC yayıb. Sürəti saniyədə 40 metrə çatan külək nəticəsində ölkənin əksər rayonlarında infrastruktura ciddi ziyan dəyib.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar Şotlandiyanın böyüklüyünə görə dördüncü şəhəri olan Dandini Nyuport-on-Tey və Sent-Endrüs şəhərləri ilə birləşdirən Fert-of-Tey körfəzi üzərindəki körpü bağlanıb. Üç körpüdə - Tey, Erskin və Fortda hərəkət məhdudlaşdırılıb. Qlazqo yaxınlığandakı Mazeruelle şəhərinin “Fer-park” stadionun konstruksiyaları zədələnib.

Qasırğa nəticəsində minlərlə evin işıqsız qaldığı bildirilir. Bundan başqa, Edinburq qalası ziyarətçilər üçün bağlı elan edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar